Şənbə , Avqust 24 2019
Ana səhifə / Kriminal / Banklar Mərkəzi Bankın tələbini pozur – SİYAHI

Banklar Mərkəzi Bankın tələbini pozur – SİYAHI

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsində tətbiq etdiyi yeni qaydaya əsasən, bu günə olan rəsmi məzənnələri nəzərə alaraq nağd dolların satışı maksimum 1,6268 AZN/USD, avronun satışı isə 1,7755 AZN/EUR-u keçə bilməz.

“Report” xəbər verir ki, bir sıra banklar bu limitə əməl etməyib. Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün rəsmi məzənnədən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.
Bununla əlaqədar banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir. Yəni bugünkü rəsmi məzənnəyə (1,5642 AZN/USD) uyğun olaraq dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.
Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də “üzən məzənnə”yə keçənə qədər alış-satış məzənnəsi üçün marja +/- 2% olub. Daha sonra “üzən məzənnə” rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb.

Həmçinin oxuyun

Polis “Bibixanım”ı tutdu – Foto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə …

Bir cavab yazın