Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Banklar kreditlə bağlı yeni “üsul”a əl atıb — VİDEO

Banklar kreditlə bağlı yeni “üsul”a əl atıb — VİDEO

Depozit portfeli çox olan banklar yeni üsula əl atır. Adı problemli kreditlər siyahısında olanlardan məhkəmə zamanı borcu ən geci 6 ay müddətinə ödəmək tələb edilir.

Belə ki, kredit götürən müəyyən səbəblərə görə məhkəmədə iştirak etmədiyi halda hakim qiyabi icraata qərar verir. Yəni, bankın lehinə qərar qəbul edərək borcun iddia ərizəsində göstərdiyi müddət ərzində ödənilməsi tələb edilir.

Müddət bitdikdən sonra borc bütövlükdə qaytarılmasa kredit götürən inzibati məsuliyyətə cəlb edilir. Mütəxəssislər bu səbəbdən də məhkəmədə iştirakı vacib hesab edirlər. Şəxs, aylıq ödənişini edə bimədiyi halda 6 ay ərzində əsas borcu qaytara bilməyin mümkünsüz olduğunu sübuta yetirsə, qətnaməyə borcun hissə-hissə ödənilməsi əlavə edilə bilər.

Hüquqşünaslar isə xəbərdarlıq edir. Kredit götürən qiyabi qətnamədən sonradan xəbər tutduğu halda isə bu dəfə o bankı məhkəməyə verə bilər. Beləliklə də, ödənişin hissə-hissə həyata keçirilməsinə nail ola bilər.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın