Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Banklar itirdikləri pulun əvəzini işçilərindən çıxır -Əmək haqları azaldılır…

Banklar itirdikləri pulun əvəzini işçilərindən çıxır -Əmək haqları azaldılır…

Bu aydan etibarən bəzi banklarda işçilərin əmək haqlarının 50-100 manat məbləğində azaldılması həyata keçiriləcək. Bu barədə Moderator.az-ı məlumatlı mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, əmək haqlarının azaldılmasına səbəb kimi, bank gəlirlərinin kəskin surətdə azaldılması, problemli kreditlərin çoxalması, məhkəmə çəkişmələrinin artması bildirilib.
Bilgili qaynağın sözlərinə görə, məlum yeniliyin tətbiqi bank əməkdaşları arasında ciddi narazılığa səbəb olub. Bəzi bank işçiləri hesab edir ki, ötən ildən başladılan əmək haqlarının azaldılması siyasətinin bu il də davam etdirilməsi böyük diqqət və məsuliyyət tələb edən bank sektorunda çalışmağa marağı azaldır və peşəkar bank mütəxəssislərinin  bu sahədən uzaqlaşmasına səbəb olur.
Bu ilin ilk maaş azaldılmasından sonra bir sıra bank mütəxəssislərinin maddi dezavantaj səbəbi ilə işdən ayrılacağı ehtimal edilir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın