Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Banklar həyasızlaşır, Nəzarət Palatası isə hərəkətsizdir – ŞƏRH

Banklar həyasızlaşır, Nəzarət Palatası isə hərəkətsizdir – ŞƏRH

Belə təəssürat yaranır ki, Azərbaycanın maliyyə bazarında lazımi qayda-qanunun yaradıması məqsədi ilə formalaşdırılmış Nəzarət Palatası öz ömrünü yaşayır, ölkənin bank sistemi də öz ömrünü. Əks halda, o, belə qəribə, lap açıq desək, gülünc bəyanatlar verməzdi. Özü də əgər belə bəyanatlar bir və ya iki dəfə olsaydı, onda bununla bəlkə də barışmaq olardı. Amma belə bəyanatların sayı çoxdur. Və biz onların biri haqda danışmaq istəyərdik.

Söhbət Palatanın cümə günü verdiyi son bəyanatdan gedir. Orada deyilir ki, ölkə bankları valyuta mübadiləsində Mərkəzi Bankın təyin etdiyi dörd faizlik valyuta dəhlizi çərçivəsindən kənara çıxmırlar.

Daha inandırıcı olsun deyə həmin sitatı orijinalda olduğu kimi təqdim edirik: “Valyuta mübadiləsi vaxtı Mərkəzi Bankın təyin etdiyi dörd faizlik valyuta dəhlizi əsas götürülür. Palata bankların bu valyuta dəhlizi çərçivəsindən kənara çıxmamasına nəzarət edir. Hazırda heç bir bank mübadilə kursu haqqında tələbləri pozmur. Bizim belə faktların qarşısının alınması üçün mexanizmlərimiz vardır”.

Görünür, maliyyə tənzimləyicisinin belə mesajı əhalinin böyük şikayət axını və KİV-in bu barədə sistemli çıxışları ilə bağlıdır. Amma Palatanın cavabını, düzünü desək, hətta şərt adlandırmaq da çətindir. Bunun əksinə əmin olmaq üçün rəhbərliyin, bu idarənin şəxsi avtomobili olmayan əməkdaşlarından birinə yol üstündə yerləşən bir neçə bankın mübadilə kursu ilə maraqlanmasını tapşırması kifayət edərdi. Amma onlar belə cəhddə bulunmayıblar və belədə bizə yalnız bəyanatın hansı nəticələr əsasında səsləndirilməsi barədə ehtimallar irəli sürmək qalır.

Prinsip etibarilə, heç yerə getmək lazım da deyil. Sadəcə Mərkəzi Bankın tələblərinin banklar tərəfindən pozulması haqqında kifayət qədər informasiyanın yer aldığı yerli saytları gözdən keçirmək kifayətdir – orada bankların valyuta mübadiləsində 4%-lik dəhliz çərçivəsindən çox kənara çıxdıqları barədə istənilən qədər məlumat var.

Bundan başqa banklar, xüsusilə, şəhər mərkəzindən uzaqda yerləşənlər öz lövhələrində heç nədən qorxmadan elə alış qiymətləri qoyurlar ki, bu, Mərkəzi Bankın müəyyən etdiyi kursdan (məzənnədən) 4-5% faiz artıq olur. Valyuta satışı məzənnələri barədə isə ümumiyyətlə danışmağa dəyməz. Və bütün bunlar müvafiq fotolarla da təsdiqlənir.

Belə olan halda qorxmaq və o cür faktları gizlətmək lazım deyil, onlarla sadəcə Palataya verilmiş səlahiyyətlər çərçivəsində mübarizə aparmaq lazımdır. Onsuz da hər kəsə aydındır ki, ölkədə xarici valyuta çatışmazlığı yaşanır. Daha doğrusu, bizdə valyuta var, buna Mərkəzi Bank və Neft Fondunun çoxmilyardlı xarici valyuta ehtiyatları sübutdur və yeri gəlmişkən, hər həftə MBA hərraclarında ən azı 100 milyon dollar satış aparılır. Özü də hökumət, keçən illərdən fərqli olaraq, manatın kursunun saxlanılmasına görə bu ehtiyatların məhv edilməsində maraqlı deyil. Və valyutanın müəyyən qədər çatışmazlığından istifadə edən bank işbazları öz kurs “plankalarını” qaldırır və nə qədər ki, “ipləri çəkilmir”, qaldıracaqlar.

Bunu icra etmək isə məhz Palatanın vəzifəsidir. Ancaq bunun üçün o belə faktların mövcudluğunu inkar etməməli, əksinə, lazımlı yollar axtarıb tapmalı və müvafiq tədbirlər həyata keçirməlidir. Həyasızlaşmış bankirlər artıq müştəriyə bir dəfəyə bir-iki yüz dollardan artıq valtuta vermirlər. İşə bu cür yanaşma ilə biz tezliklə Sovet dönəminə- hətta bir çox qida məhsullarının belə talonla verildiyi illərə yuvarlana bilərik. Düzdür, o zamanlar valyuta satışı haqqında ucadan danışmaq belə olmazdı. Amma bu sistem adi məhsullarla SSRİ-nin dağılmasına gətirib çıxarmışdı…

Bu gün bizdə valyutanın sərbəst satıldığı zamanda, kimlərsə onun kiçik qıtlığından, xalqın əlacsız vəziyyətindən yararlanmaqla özlərinin çirkin və cinayətkar bizneslərini qurmaq istəyirlər. Onlar açıq şəkildə hər şeyi edirlər ki, bu sonda yeni –valyuta talonlarının tətbiqinə aparıb çıxarsın.

Doğrudur, bu, bütün valyutanı natəmiz bankirlər qrupunun mərhəmətinə etibar etməkdən daha yaxşı olardı. Belə baxanda bu, hər şeydən əli çıxmış MİS-lərə də kömək olardı, axı talonları ASAN xidməti vasitəsilə bölüşdürməli olmayacaqlar… Ancaq şübhəsiz, hər şeyin belə eybəcər səviyyəyə endirilməsinə heç kim imkan verməz.

Və qoy bu gün bizi valyuta talonları təhlükəsi ilə üz-üzə qoymaq istəyənlər unutmasınlar ki, bu, ilk növbədə şəxsən onların özləri üçün böyük təhlükələrlə nəticələnə bilər. Yeri gəlmişkən, bu cür hallar Sovet vaxtında da tez-tez tətbiq edilirdi…

Virtualaz.org

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …

Bir cavab yazın