Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / “Banklar hələ də devalvasiyanın təsirindən çıxa bilməyib”

“Banklar hələ də devalvasiyanın təsirindən çıxa bilməyib”

İqtisadçı-ekspert Samir Əliyev Moderator.az-a açıqlamasında bank sektorunun devalvasiyadan sonrakı vəziyyətini şərh edib:
“Bir müddət bundan öncə baş verən məlum devalvasiya və bunun bank sektorunda hansı problemlər yaratdığı göz önündədir. Reallıq bundan ibarətdir ki, banklar hələ də devalvasiyanın mənfi təsirindən tam olaraq çıxa bilmir. Belə bir şəraitdə yeni bir devalvasiya təhlükəsi meydana çıxıb ki, bu təhlükənin reallaşması bütün sahələr kimi bank sektoru üçün də yaxşı heç nə vəd etmir. İkinci bir devalvasiya bank sektoru üçün olduqca arzuedilməz nəticələrə gətirib çıxarda bilər. Odur ki, daha ağır nəticələrlə üz-üzə qalmamaq üçün yeni devalvasiya təhlükəsinin aradan qaldırılması üçün ciddi və sistemli addımlar atılmalı, bu təhlükənin reallaşmasını önləmək lazımdır”.

Həmçinin oxuyun

Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı – Video

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin …

Bir cavab yazın