Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Banklar faizlərdən 2,5 milyard qazanıb – Mərkəzi Bank

Banklar faizlərdən 2,5 milyard qazanıb – Mərkəzi Bank

Mərkəzi Bank ilk devalvasiyadan sonra bütövlükdə bank sektorunun fəaliyyətinin maliyyə nəticələrinə dair məlumatlar açıqlayıb. İqtisadçı Rövşən Ağayev sosial şəbəkə hesabında həmin məlumatlara əsasən, 2015-ci ildə bank sektoru üzrə 345 milyon manatlıq zərərin yarandığını yazıb:

“Banklar faizlərdən təxminən 2.5 milyard manatdan çox qazanıb. Faizlərə görə isə müştərilərə 1.147 milyard manat ödəyib. Nəticədə xalis faiz mənfəəti 1.4 milyard manata yaxın olub.

Qeyri-fazi gəlirlərindən 238 milyard qazanıb, 1 milyard xərc çəkib.

Bank sektorunun məcmu kapitalı 600 milyon manatadək azalmaqla 3.6 milyard manata enib.

Bank aktivlərinin həcmi 34.9 milyard manata çatıb. Devalvasiyadan öncəki dövrə nisbətən aktivlərin strukturunda diqqət çəkən əsas dəyişikliklər bunlardır: nağd vəsaitlərin və bankların Mərkəzi Bankdakı resusrslarının həcmi 2 dəfədən çox artıb və 4.9 milyard manata çatıb. 2014-də bu göstərici 2 milyard manatdan bir az çox idi. Bankların qiymətli kağızlara yönəltidiyi resurs 50%-dək artaraq 3 milyard manatı ötüb.

Passivlərin strukturunda baş verən əsas dəyişikliklər: Mərkəzi Bankdan cəlb edilmiş vəsaitlərin həcmi 1 milyard manatdan çox artaraq 2.5 milyard manatı ötüb; xaricdən alınan resursların həcmi 4.7 milyard manatdan təxminən 7 milyard manata yüksəlib. Böyük ehtimalla bu daha çox devalvasiya ilə əlaqədar əvvəlki dövrdə xarici valyutada alınan resursların yeni məzənnə ilə qiymətləndirilməsi ilə bağlı olub.

Beş bankın aktivlərinin bank sektorunda payı 58%-ə yüksəlib – 2014-də bu göstərici 55% idi.

Qaynarinfo.Az

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın