Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Banklar dolları yenidən bahalaşdırdı -QİYMƏTLƏR  

Banklar dolları yenidən bahalaşdırdı -QİYMƏTLƏR  

Bu gün səhər ötən cümə günü ilə müqayisədə əksər banklar Dolların alış və satış məzənnələrini artırmışdılar.

Musavat.com marja.az-a istinadla xəbər verir ki, günorta saatlarında da banklarda Dolların bahalaşması davam edib. Məsələn, səhər saatlarında Dolları 1. 60 manatdan alan “Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırıb. Bu bank Dolların satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəldib.

Dolların alış qiymətini Bank of Baku 1.68 manatdan 1.70 manata, satış qiymətini isə 1.79 manatdan 1.80 manata qaldırıb.

Bank BTB Dolların alışını 1.65 manatda 1.70 manata, satışını isə 1.77 manatdan 1.7550 manata salıb.

NikoylBank Dolların alış qiymətini 1.63 manatdan 1.67 manata, satış qiymətini isə 1.70 manatdn 1.77 manata qaldırıb.

PAŞA Bank Dolların alış qiymətini 1.6250 manatdan 1.65 manata, satış qiymətini isi 1.7550 manatdan 1.77 manata yüksəldib.

AG Bank Dolların alış qiymətini 1.63 manatdan 1.64 manatdan, satış qiymətini isə 1.7350 manatdan 1.76 manata qaldırıb.

Digər bir neçə bankda da məzənnə artımı müşahidə olunur.

Qeyd edək ki, sabah Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/Manatın istiqaməti hərracın nəticəsindən asılı olacaqdır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın