“Marja” xəbər verir ki, hazırda banklarda dolların qiyməti sürətlə düşür. Məsələn, bu gün səhər GünayBankın 1 saylı filialıda dollar 1.67 manata alınıb 1.6880 manata satılır.

Bu gün səhər Ziraat Bank Azərbaycan satışı 1.7350 manatdan 1.72 manata, AgBank satışı 1.73 manatdan 1.7250 manata, Bank Avrasiya satışı 1.7250 manatdan 1.72 manata, AzərTürkBank satışı 1.73 manatdan 1.7270 manata endirib.

Bank Respublika Dolların alış qiymətini 1.66 manatdan 1.65 manata salıb.

Saat 10:10-a olan banklarda dolların və avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin bankların filiallarında məzənnələr fərqli ola bilər.