Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Banklar əsas gəlir mənbəyini itirir

Banklar əsas gəlir mənbəyini itirir

2017-ci ilin fevralında bankların hüquqi və fiziki şəxslərə verdiyi kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının icmalında bildirilir ki, bu il martın 1-dək bankların kredit portfeli 15 mlyard 396 milyon manata düşüb. Halbuki, fevralın 1-dək bu rəqəm 16 milyard 207 milyon manat təşkil edib.
Bankların xalis kreditləri isə 14 milyard 419 milyon manatdan 13 milyard 684 milyon manata enib.
Bankların əsas gəlir mənbələrindən birinin məhz kreditlər olduğunu nəzərə alsaq, bu sahədə geriləmələr maliyyə qurumlarının gəlirlərinin azalmasına gətirib çıxaracaq. Başqa sözlə, banklar əsas gəlir mənbələrini itirirlər.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın