Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Bank Technique”in fəaliyyəti tam bərpa edilib

“Bank Technique”in fəaliyyəti tam bərpa edilib

“Bank Technique” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildikdən və Etibar Mahmud oğlu Əliyev Şuranın sədri vəzifəsinin icrasına başlayan andan, cəmi bir gün ərzində Bankın fəaliyyəti bərpa edilib. Bu barədə Musavat.com-a bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hazırda bank xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunurlar.
Qeyd olunur ki, özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Onu da qeyd edək ki, o qədər də uzaq olmayan keçmişdə “Bank Technique” ASC-nin rəhbərliyi, eləcə də bankın özü müxtəlif təzyiqlərə məruz qalmışdı.

 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın