Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Bank sistemi iflic vəziyyətdədir” – DEPUTAT

“Bank sistemi iflic vəziyyətdədir” – DEPUTAT

Dünyada iqtisadi böhran daha da dərinləşir. Ancaq Azərbaycanın bu böhrandan çıxmağa potensialı var.

Axar.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı bildirib.

Deputat 2017-ci ilin də çətin il olacağını söyləyib: “Mənə elə gəlir ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq. 2018-ci ildə isə bir çox sənayə müəssisələri işə başlayacaq, vəziyyət bir qədər yaxşılaşacaq. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Mühüm sahələrdən biri kənd təsərrüfatı sahəsidir. Bunun üçün kənd təsərrürüfatına maliyyə dəstəyi olmalıdır. 2017-ci ildə kənd təsərrüfatına 35 milyon manat ayrılacaq. Bu, kreditləşmə üçün normal məbləğ deyil. Bilirsiniz ki, bank sistemi iflic vəziyyətdədir, sahibkarlara kredit vermək imkanı yoxdur”.

F.Ağamalı həmçinin qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər cəmi son il yarımda həyata keçirilib: “Burada xeyli işlər görülüb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: “Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat ayrılıb. Xarici İşlər Nazirliyinə isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat sahəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın