Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Bank sistemi bu səbəbdən çökə bilər

Bank sistemi bu səbəbdən çökə bilər

“Bank sistemi şökə bilər”

“Exo” qəzeti “Azərbaycanın bank sistemi vaxtı keşmiş kreditlər üzündən çökə bilər” sərlövəhli məqalədə ölkənin bank sisteminun durumunu ekspert Oktay Haqverdiyevlə müzakirə edib.

“Əgər hökumət vaxtı keçmiş kreditlər məsələsinə ciddi yanaşmasa, ölkənin bank sistemi çökə bilər, belə ki, kredit resursları olmasa banklar fəlaiyyət göstərə bilməyəcək”. Ekspert bu sahədəki durumu qəzetə belə şərh edir.

O deyir ki, ölkədə vaxtı keçmiş kreditlərin 70 faizi hüquqi şəxslərə aiddir:

“Bu məsələdə hökumətin borclu olanlarla bağlı məlumatları açıqlamaması narahatedicidir. Mən inanıram ki, bunların çoxu hüquqi şəxslərdir , sıravi vətəndaşlar deyil. Kreditlərin 70%-dən çoxu da onlara aiddir. Hökumət bunu bilir, amma heç nə edə bilmir. Onların arasında kreditləri təyinatı üzrə işlətməyən və xaricə çıxaran fırıldaqçılar da var”.

Ekspertə görə, məsələnin ən yaxşı həlli vasitəsi borc öhdəliyinin banklar, hökumət və borclu şəxs arasında bölünməsidir. O.Haqverdiyev hökuməti fəaliyyətə çağıraraq deyir:

“Hökumət 2016-cı ildəki kimi əlini yanına salıb otursa bank sostemi tezliklə çökəcək.”

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın