Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Bank rəhbərləri niyə narahatdır?

Bank rəhbərləri niyə narahatdır?

Azərbaycan bank rəhbərləri hüquq mühafizə orqanlarına müraciət ediblər. Bank rəhbərləri 20 dekabrda baş verən kəskin devalivasiyadan sonra bəzi şəxslərin sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da yayılan çağırışlardan narahatdırlar.

Sosial şəbəkələr vasitəsi ilə yayılan xəbərlərdə banklara olan kreditlərin devalivasiyaya qədərki kursla ödənməsinə çağırışlar var. Milli.az saytının məlumatına görə bankirlər hesab edirlər ki, belə çağırışlar qanunsuzdur və araşdırlmalıdır. Onlar qanunvericilik çərçivəsində tədbirlər görülməsini tələb edirlər. Kommersiya banklarının rəhbərləri düşünürlər ki, belə çağırışlar mövcud vəziyyətdən sui-istifadədir və siyasi-iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlardır. Onlar belə çağırışları qəti şəkildə pisləyirlər. Bankirlər hesab edirlər ki, belə məlumatlar bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləridir. Onlar məsələnin qanunvericilik çərçivəsində həll edilməsini istəyirlər.

Bankirləri narahat edən, sosial şəbəkələr vasitəsi ilə yayılan məlumatlarda kreditlərin Konstitusiyaya müvafiq ödənilməsinə çağırışlar var.

Məsələn “AzPolitika”ya müraciət edən vətəndaş 2014-cü ilin yanvar ayında 21 faizlə bankdan 32 min dollar, yəni o vaxtkı məzənnə ilə təxminən 25 min manat kredit götürüb. Aylıq ödənişi 1200 dollar təşkil edib. 21 fevral devalvasiyasınadək banka 13 dəfə, yəni 15600 dollar və ya o vaxtkı məzənnə ilə 12300 manat ödəniş edib. 2 devalvasiya arasındakı müddətdə isə daha 12 min dollar, yaxud 13 min manat ödəniş edib.

Deməli indiyədək vətəndaş banka ümumilikdə 27 min 600 dollar və ya 25 min 300 manat ödəniş edib. Bankdan isə cəmi 25 min manat kredit götürmüşdü…

Vətəndaş bundan sonra hələ 13 ay da ödəniş etməlidir. Hazırki məzənnə ilə ödənişi, aylıq təxminən 1900 manat (!) təşkil edir. Bu da yekunda 24 min 700 manat deməkdir. Deməli vətəndaş 2 il əvvəl aldığı 25 min manat kreditə görə indiyədək 25 min 300 manat qaytardıqdan sonra banka hələ 24 min 700 manat borcludur.

Üstəlik, hələ bu da son deyil. Heç kim dollar-manat kursunun indiki nisbətdə nə qədər davam gətirə biləcəyinə dair proqnoz verə bilmir. Əksinə, hökumət də, Mərkəzi Bank da, müstəqil ekspertlər də növbəti kəskin devalvasiyanın anonsunu verməkdədirlər. Yəni, ola bilər ki, barəsində danışdığımız vətəndaş, məsələn, qarşıdakı 5 ay ərzində əlavə 10 min manat ödəniş etdikdən sonra yenidən banka 30-40 min manat borclu düşə bilər. Deməli, ödənişi davam etdirmək heç bir halda çixiş yolu deyil!

Ona görə də, ödənişlər qəti şəkildə dayandırılmalı, köhnə müqavilələrin ləğv olunaraq, yeni müqavilələr imzalanması üçün banka rəsmi ərizə verilməlidir. Hüquqşünas Qurban Məmmədov artıq belə bir ərizə formasını da hazırlayıb. Ərizəni verdikdən sonra bankın cavabını gözləmək, bank imtina edərsə, məhkəməyə müraciət etmək və ya sadəcə ödənişi dayandırmaq lazımdır!

Baş Prokurorluğun mətbuat xidmətinə bank rəhbərlərinin müraciətlərinin araşdırlıb-araşdırlmayacağı ilə bağlı sorğu ilə müraciət etdik. Xidmət rəhbəri Eldar Sultanov bildirdi ki, quruma belə bir müraciət daxil omayıb. Daxili İşlər Nazirliyinə də belə bir müraciətin daxil omadığını öyrəndik.

Musavat.com

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın