Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Bank of Baku” problemli kreditlərin müddətini uzatmaqdan imtina edir – SOS

“Bank of Baku” problemli kreditlərin müddətini uzatmaqdan imtina edir – SOS

“Bank of Baku” problemli kreditlərin müddətini uzatmaqdan imtina edir.
Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bir çox vətəndaş “Bank of Baku”ya müraciət edərək ödəniləcək kreditin müddətini daha bir neçə ay uzatmaq hesabına kreditin miqdarını aşağı salmağı xahiş etsə də, bank əməkdaşları problemli kreditlərlə bağlı müqavilələrə yenidən baxılmayacağını bildirib.
Mənbənin sözlərinə görə, vətəndaşlara bildirilib ki, kreditin vaxtından keçən 5 gün ərzində ödənilməyən pula görə cüzi faiz hesablansa da, 5 günün tamamında ödənilməyən kreditə görə iri məbləğdə cərimələr tətbiq olunacaq. Bu isə vətəndaş üçün əlavə maliyyə itkisi deməkdir. Odur ki, vətəndaşlara hər hansı güzəşt tanımayan bank, onlara “nəyin bahasına olursan-olsun” kreditləri vaxtı-vaxtında ödəməyi tövsiyyə edib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın