Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Bank of Azerbaijan”ın əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib

“Bank of Azerbaijan”ın əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib

“Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.
Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, bu barədə Mərkəzi Bank tərəfindən Fonda təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktubda deyilir.
 Qeyd edilir ki, bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir. Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
 Qeyd edək ki, “Bank of Azerbaijan” ASC-də 30 min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın