Cümə , Avqust 23 2019
Ana səhifə / Kriminal / Banan biznesinə girişmək istəyənlərə hədiyyə kimi məsləhət…

Banan biznesinə girişmək istəyənlərə hədiyyə kimi məsləhət…

Son günlər belə bir məlumat yayılıb ki, gömrükdə mövcud olan inhisarçılıq ləğv edilib. İndi guya istənilən sahibkar gedib Afrikadan banan gətirib Azərbaycanda sata bilər.

Düşünürəm ki, heç bir ağıllı sahibkar bu riski etməz. Tutalım, ölkəyə banan idxal etdiniz. Siz bu malı necə və neçəyə satmaq kimi çətin seçim qarşısında qalacaqsınız. Bildirim ki, bu ölkədə 1 topdan satış mərkəzi var. Orada sizin malı, idxal dəyərindən aşağı qiymətə təklif etsəniz, alacaqlar. Bu sizə sərf etməz. Əlbəttə, idxal etdiyiniz bananın bazarda satışını özünüz təşkil edəcəksiniz. Bu sizə daha baha başa gələcək. Bu sahədə 20 il təcrübə və milyonlar qazanmış rəqibiniz sizi sıradan çıxarmaq üçün malını müştərilərə daha ucuz təklif edəcək. Siz də məcbur olub malınızı dəyər-dəyməzinə satıb, canınızı qurtarmaq və bir daha idxal biznesinə girişməmək qərarına gələcəksiniz. Ölkədə normal biznes mühiti və müstəqil məhkəmə sistemi yoxdur. İnhisarçılığın ləğv edilməsi isə nisbidir.

Vahid Məhərrəmli, tanınmış kənd təsərrüfatı mütəxəssisi

Həmçinin oxuyun

Bakıda taxta bazarı yanır – Fotolar+Video

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb.  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri …

Bir cavab yazın