Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Balakəndə Ruslan Şıxıyevi bıçaqladılar

Balakəndə Ruslan Şıxıyevi bıçaqladılar

Fevralın 25-də axşam saat 20 radələrində Balakən şəhər sakini, 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən Rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …