Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Balakən sakini Rusiyadan yeni qayıdan oğlunu güllələyib

Balakən sakini Rusiyadan yeni qayıdan oğlunu güllələyib

Balakəndə silahlı insident baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu – 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Ə.Bağmanovun üzərində cərrahiyyə əməliyyatı aparılır. Azyaşlı və digər yaralılar müayinə edilir. Balakən rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar aparır.

Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov iki gün əvvəl Rusiya Federasiyasından evə qayıdıb.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …