Ana səhifə / Kriminal / “Baku Medical Plaza”nın həkiminə qarşı dələduzluq edən şəxslərə hökm oxundu – Proses

“Baku Medical Plaza”nın həkiminə qarşı dələduzluq edən şəxslərə hökm oxundu – Proses

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Alim İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.İbrahimov 9 il və T.Comərdov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror A.Comərdovun 9 il 6 ay və Tərlan Comərdovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Zərərçəkmiş F.Qasımov “Baku Medical Plaza” klinikasında həkim işləyir/Report.

T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …