Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / “Baku Electronics” şirkətinə silahlı basqın edilib

“Baku Electronics” şirkətinə silahlı basqın edilib

Bakıda tanınmış şirkətdə quldurluq hadisəsi olub.

Hadisə “Baku Electronics” MMC-nin paytaxt ərazisində yerləşən mağazalarının birində qeydə alınıb.

Belə ki, Nicat Kərimov quldurluq etmək məqsədi ilə əli silahlı mağazaya daxil olaraq olub. 

İş üzrə zərərçəkmiş qismində şirkətlə yanaşı MMC-nin əməkdaşı İlham Abdullayev tanınır. 

Daha sonra N.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 181.2.4-cü (Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda N.Kərimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Həmçinin oxuyun

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var…”

Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon …