Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Bakıya gələn sürücü və sərnişin həbs edildi – Fotolar

Bakıya gələn sürücü və sərnişin həbs edildi – Fotolar

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan sürücülərə çox təəssüf ki, hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin  xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün 1 ay müddətində inzibati qaydada həbs ediliblər.

Bakıya gələn sürücü və sərnişin həbs edildi - Fotolar
Bakıya gələn sürücü və sərnişin həbs edildi - Fotolar

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …