Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Kriminal / Bakıya 1 milyon keçirmək istəyən azərbaycanlı saxlanıldı

Bakıya 1 milyon keçirmək istəyən azərbaycanlı saxlanıldı

Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun “STV24”ə istinadən xəbərinə görə, bu barədə Mineralnıye Vodı sərhəd keçid məntəqəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə martın 10-da baş verib. Belə ki, “Mineralnıye Vodı – Bakı” reysinə minən azərbaycanlı sərhəddən 1,1 milyon rublu (təxminən 16 min dollar) qanunsuz olaraq keçirməyə cəhd edib. Lakin gömrük nəzarəti zonasında yoxlamalar zamanı onun üzərindəki pulun miqdarının daşınma üçün icazə verilən məbləğdən çox olduğu məlum olub. 

Sözügedən valyuta müsadirə edilib. 

Qanunu pozan şəxsi indi böyük miqdarda cərimə gözləyir.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …