Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Bakının Təbriz küçəsində yanğın olub – səbəb qaz sızması (VİDEO)

Bakının Təbriz küçəsində yanğın olub – səbəb qaz sızması (VİDEO)

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib. Trend-in məlumatına görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb:

“Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb”.

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …