Cümə , Sentyabr 20 2019
Ana səhifə / Kriminal / Bakının məşhur kafesində qızın pulqabısını oğurladılar – VİDEO

Bakının məşhur kafesində qızın pulqabısını oğurladılar – VİDEO

Bakıda “Simit Sarayı” kafesində qızın pulqabısını oğurlayıblar. 

Oxu.Az xəbər verir ki, hadisə barədə videonu Sara Abbasova sosial şəbəkədə paylaşıb.

Zərərçəkmişin sözlərinə görə, hadisə 24 iyulda baş verib:

“Pulqabının içində iki bank kartı, 110 manat və 280 türk lirəsi var idi. Məbləğ elə də böyük deyil, ancaq o öz cəzasını almalıdır”.

S.Abbasova həmçinin bildirib ki, artıq polisə müraciət edib:

“Dörd gündür ki, polis onu axtarır. Bəlkə kimsə onu görüb. Kömək edin” – deyə o, sosial şəbəkə istifadəçilərindən xahiş edib.

Həmçinin oxuyun

“İkram Rəhimov aclıq aksiyası keçirmir” – RƏSMİ

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İkram Rəhimovun aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir. …