Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Bakının mərkəzindəki parkda faciə: iki nəfərin meyiti tapıldı

Bakının mərkəzindəki parkda faciə: iki nəfərin meyiti tapıldı

Ötən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Xocalı parkında 2 meyit tapılıb.

Lent.az xəbər verir ki, metronun “Xətai” stansiyasının yaxınlığında parkda skamyanın üzərində 2 kişi meyitinin olması barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı ölən şəxslərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Məlum olub ki, ölənlərdən biri 1968-ci il təvəllüdlü Bədəlov Mükafat Qulam oğludur. Digər şəxsin kimliyini isə dəqiqləşdirmək mümkün olmayıb.

Bildirilir ki, hər iki şəxs tüfeyli həyat tərzi sürüb və küçələrdə gecələyirmiş. Onların spirtli içki qəbul edəndən sonra gecələdikləri yerdə öldüyü deyilir.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …