Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR

Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR

Bakıda qətl törədilib.

Azinforum.az Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk propekti 2A ünvanında qeydə alınıb.

İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.

Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …