Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Kriminal / Bakının mərkəzində karantini pozan kafe aşkarlandı

Bakının mərkəzində karantini pozan kafe aşkarlandı

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polislər əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı kafedə 8 nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların gər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.

Həmçinin oxuyun

Əcnəbilərin törətdiyi cinayətlərin statistikası açıqlandı

2020-ci ilin yanvar-iyun aylarında əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 163 cinayət hadisəsi törədilib. …