Cümə , İyun 21 2019
Ana səhifə / Kriminal / Bakının mərkəzində insident: özünü binadan atmaq istədi

Bakının mərkəzində insident: özünü binadan atmaq istədi

Bakıda fəhlə işlədiyi yerdə intihara cəhd edib.

Publika.az xəbər verir ki, Şəmkir rayon Muxtariyyət kənd sakini Ələsgərli Tahir Rövşən oğlu Füzuli küçəsi 23 ünvanındakı binanın damına çıxaraq özünü atacağını elan edib. Hadisə yerinə gələn xilasedicilərin apardıqları psixoloji söhbətdən sonra onu fikrindən daşındırmaq mümkün olub.

İlkin araşdırma zamanı məlum olub ki, T.Ələsgərli tikintidə fəhlə işləyir və Cavid adlı ustanın ona 500 manat borcu var. Fəhlə ustadan pulunu ala bilmədiyi üçün intihara cəhd etdiyini bildirib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …