Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Bakının mərkəzində bomba həyəcanı – FHN işə başladı

Bakının mərkəzində bomba həyəcanı – FHN işə başladı

Azərbaycan Dəmir Yol Vağzalında bomba həyəcanı yaşanır.

Qurumun mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün günorta saat 12 radələrində naməlum kişi vağzalın məlumat bürosuna zəng edib:

“Həmin şəxs binanın ikinci mərtəbəsində yerləşən restoranların birinə bomba qoyulması barədə məlumat verib. Sonra da mədəni şəkildə sağollaşıb. Dərhal rəsmi qurumlara məlumat verilib. Polis əməkdaşları binada işləyən şəxsləri təxliyyə edib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binada axtarış aparır”.

Həmin binada fəaliyyət göstərən “ASAN Xidmət” də boşaldılıb.

 

Həmçinin oxuyun

Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları …