Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Kriminal / Bakının keçmiş baş memarı məhkəmədə: “Bizə badalıq vurmaq istəyirlər”

Bakının keçmiş baş memarı məhkəmədə: “Bizə badalıq vurmaq istəyirlər”

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayevin şahid qismində dindirilməsi davam etdirilib. Şahid bildirib ki, paytaxtın D.Əliyeva 141 və 145 ünvanında yerli əhəmiyyətli tarixi abidələr barədə məlumatı olmadığını deyib: “Həmin binalarla bağlı Fövqəladə Hallar Nazirliyindən rəy alınıb. Mən icraçıyam, icra hakimiyyətinin başçısının tapşırıqlarını icra etmişəm. Hər şey icra başçısının nəzarətində olub. Mən ancaq layihələrə baxmışam, araşdırıb məruzə edənlər başqaları idi. Hər sahənin öz rəhbəri olub. Söküntüyə nəzarət mənlik olmayıb. O sualları tikintiyə nəzarət şöbəsinə vermək lazımdı”.
Vəkillərin suallarını cavablandıran şahid deyib ki, H.Abutalıbov baş nazirin müavini təyin edildikdən sonra baş idarəyə R.Quliyev rəhbərlik edib:” Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik etmişəm.
Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan bir ay sonra bizi Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə verdilər. Mən ancaq sərəncamları imzalamışam”.
Sabiq Aparat rəhbəri R. Quliyev bildirib ki, həmin vaxt baş idarəyə rəhbərliyi Akif Abdullayev həyata keçirib: “Mən heç vaxt baş idarəyə rəhbərlik etməmişəm. Akif Abdullayev özü desin ki, baş idarə kimə tabe olub?”
Sualları cavablandıran şahid R.Quliyevin tikinti ilə bağlı imzaladığı sərəncamı xatırlamadığını deyib:” Sərəncam imzalananda mənə məsləhət eləmirdilər. Dilarə Əliyeva 145 ünvanında eskiz layihəsində çatışmazlıq var idi. Mərtəbə hündürlüyü, sıxlıqla bağlı çatışmazlıqlar yaranmışdı. Aşkar olunan çatışmazlıqlarla bağlı aidiyyəti qurumlara məlumat verdik. Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı gəlib araşdırdı və problem qismən aradan qaldırıldı. Sonra bina qəbul olundu. Bütün sənədlər Memarlıq şöbəsinə göndərildi, mən də təsdiqlədim. Layihəni təsdiqləyib Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim etdim. Məndən soruşsaydılar, layihədəki problem nədir, mən o zaman problemi deyərdim. Amma məndən heç nə soruşmadılar. Mən də irad bildirə bilmirdim”.
A. Abdullayev 2002-ci ildən Bakı şəhərinin baş memarı olduğunu, istintaq dövründə R.Quliyevlə üzləşdirilmədiyini deyib: “Çox qəribə bir vəziyyət yaranıb, hamı arxitektura ilə məşğul olur. Bakıda bu qədər iş görmüşük. İndi bizə kimlərsə badalaq vurmaq istəyirlər. Əgər mütəxəssis olsaydınız, biz sizinlə danışa bilərdik. Hamı deyir ki, Akif Abdullayev hara baxıb? Mən əraziyə baxmışam. Əmsal da əraziyə görə hesablanır. Ayrılmış torpağa əmsal hesablanırdı ki, bu da doğru deyildi. Bununla prosesin əvvəlindən pozuntuya yol verilirdi. Bunu istəyirdiniz deyim? “
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.

Həmçinin oxuyun

Caduya görə 4 min alan “falçı” saxlanıldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq …