Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / “BakıKart”ı ödəmə terminallarından da almaq mümkün oldu

“BakıKart”ı ödəmə terminallarından da almaq mümkün oldu

Metropolitendə və “Baku Bus” avtobuslarında istifadə olunan “BakıKart”ı həm də “MilliÖN” ödəmə terminallarından əldə etmək mümkün oldu.

Bu barədə virtualaz.org-a “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın bildirib.

Bakı şəhərinin 50 avtobus dayanacağında MilliÖN aparatlarının quraşdırıldığını deyən qurum rəsmisinin sözlərinə görə, tezliklə bu rəqəmin 500 olacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl sərnişinlər bu kartları metrostansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus olan marşrutların Bakı şəhərindəki dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə edə bilirdilər.

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …

Bir cavab yazın