Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Kriminal / Bakıdan Yekaterinburqa yola salınan 400 min dollarlıq lüks geyim və ayaqqabı tutuldu

Bakıdan Yekaterinburqa yola salınan 400 min dollarlıq lüks geyim və ayaqqabı tutuldu

Rusiya Federal Gömrük Xidmətinin Qaçaqmalçılıqla mübarizə idarəsinin əməkdaşları Yekaterinburq şəhərində Azərbaycandan gömrük bəyannaməsində qeydə alınmadan Rusiyaya keçirilən “Dior” brendinə məxsus bahalı geyim və ayaqqabılar aşkarlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin əşyaları Rusiyaya iplik və parça adı altında keçirmək istəyiblər.

Məlumatda bildirilir ki, saxlanılan mallar vasitəçi kimi çıxış edən Yekaterinburq firması – logistika şirkəti tərəfindən qəbul olunmalı idi.

“Geyim və ayaqqabıların Yekaterinburq, Sankt-Peterburq, Moskva və Krasnodar mağazalarında satışa çıxarılması nəzərdə tutulmuşdu. Saxlanılan malların bəzilərinin dəyəri 500 min rubl təşkil edir. Ümumilikdə isə bütün məhsulların dəyəri 26 milyon rubl (400 min dollar) qiymətləndirilir “, – deyə Ural Gömrük İdarəsinin məlumatında bildirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət işi açılıb. Bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşaraq gömrük ödənişlərindən yayınmaya görə beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Məhkəmənin qərarı ilə müsadirə olunan mallar Federal Əmlak İdarəetmə Agentliyinin regional rəhbərliyinə təhvil verilib.

 

Həmçinin oxuyun

“Şişkan”ın dəstəsinin öldürdüyü deputatın və ailə üzvlərinin cəsədləri 4 metr dərinlikdə tapıldı

Moskvaətrafı regionda “qanuni oğru” Oleq Şişkanovun (Şişkan) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri tərəfindən aradan götürülən …