Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Bakıdan saxta sənədlə Britaniyaya getmək istəyən qadın və azyaşlı övladı saxlanıldı – FOTOLAR

Bakıdan saxta sənədlə Britaniyaya getmək istəyən qadın və azyaşlı övladı saxlanıldı – FOTOLAR

Aeroportda saxta pasportla İran vətəndaşları saxlanılıb.
Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.
04 yanvar 2018-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə AR-na gəlmiş İİR vətəndaşları 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.
Qeyd olunan şəxslər saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İİR vətəndaşından 15000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.
Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …