Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıdakı uşaq bağçasında uşaqları döyən tərbiyəçi tutuldu

Bakıdakı uşaq bağçasında uşaqları döyən tərbiyəçi tutuldu

Bakının Yasamal rayonunda yerləşən “Kids Studio” adlı özəl uşaq bağçasında tərbiyəçinin azyaşlılarla qəddar rəftarı ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə virtualaz.org-a bildirib ki, tərbiyəçi Firuzə Tağıyeva saxlanılıb. “Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Tərbiyəçi Firuzə Tağıyeva şübhəli şəsx qismində saxlanılıb, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, – Mənsurzadə bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan daxili videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən tərbiyəçi azyaşlıları döyür, döyməklə də ürəyi soyumayıb divara çırpır, digər kobud rəftara yol verir.

Uşaq bağçası artıq fəaliyyətini dayandırıb. Əlavə edək ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bağça lisenziyasız fəaliyyət göstərirmiş.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …