Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıdakı şopinq festivalı çərçivəsində alıcılara 1,5 milyon manatdan artıq ƏDV geri qaytarılıb

Bakıdakı şopinq festivalı çərçivəsində alıcılara 1,5 milyon manatdan artıq ƏDV geri qaytarılıb

Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə alıcılara 1,53 milyon manat ƏDV geri qaytarılıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 aprel-10 may tarixləri arasında keçirilən şopinq festivalda dövriyyənin ümumi məbləği 15 milyon 471 min 805 manat olub.

Təsdiqlənmiş hesab-fakturaların 19.119-u Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

Mal alarkən ticarət festivalını deyil, «tax free» sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub. Beləliklə, ümulikdə əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə məbləği 4 milyon 127 min 50,8 manat olan 3059 elektron vergi hesab-fakturası verilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın