Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıdakı atışma müəmması: 3-cü yaralı haradadır?

Bakıdakı atışma müəmması: 3-cü yaralı haradadır?

Bu gün Bakıda baş verən atışma ilə bağlı daha bir maraqlı detal üzə çıxıb.
Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı 2 deyil, 3 nəfər yaralanıb.

Qeyd edək ki, ilkin məlumatda da yaralananların sayının 3 nəfər olduğu açıqlanmışdı.

Bəs, atışma zamanı yaralanan üçüncü şəxs kimdir?

Bildirilir ki, həmin şəxsin hücuma məruz qalan Nicat adlı şəxslə (Brilyant Nicat) birlikdə olub və yaralansa da, hadisə yerində olanlar tərəfindən oradan uzaqlaşdırılıb.

Şahidlərdən birinin dediyinə görə, hadisə yerində ağ rəngli “Toyota Land Cruiser” markalı avtomobil də aşkarlanıb. Lakin onun hücum edənlərə, yaxud atəş açanların hədəf seçdiyi Nicat adlı şəxsə məxsus olduğu bəlli deyil.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …