Bazar ertəsi , May 20 2019
Ana səhifə / Kriminal / Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi və…

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi və…

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, polisdən qaçan və işıqforun qırmızı işığına məhəl qoymadan yüksək sürətlə şütüyən “Mazda” Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində yolu yaşıl işıqda keçən “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Amma qəzadan dərhal sonra “Mazda”nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis “Mazda”nın sürücüsünü axtarır.

Həmçinin oxuyun

Türkiyə Xarici İşlər Nazirliyinin 249 əməkdaşı saxlanıldı

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 249 …