Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Kriminal / Bakıda yol polisinə tabe olmayan sürücü həbs olundu – Video

Bakıda yol polisinə tabe olmayan sürücü həbs olundu – Video

Bu gün paytaxtda daha bir yol polisi və sürücü qarşıdurması olub.

“ Azinforum.az ” ın Avtosfer.az-a istinadən məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı,  “Hyundai Elantra” markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün  YPX əməkdaşları tərəfindən saxlanılıb.

O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.

Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlının ailə üzvlərinə zorakılıq etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, …