Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda yeni dollar ajiotajı…

Bakıda yeni dollar ajiotajı…

Bakıda yeni dollar ajiotajı…
Bu gün səhər saatlarında “Kapital Bank”ın baş ofisinin qarşısında əllərindəki manatı dollara çevirmək istəyən adamların böyük növbəsi yaranıb.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, vətəndaşların hamısı manatın yeni devalvasiyasından ehtiyatlanaraq manatlarını mümkün qədər tez dəyişmək istədiklərini bildiriblər.

“Mən daha risk etmək istəmirəm. Dollar gündən-günə bahalaşır. Oğlum Moskvada işləyir, mənə pul göndərir. Bu günə qədər bütün pullarımı manatla saxlayırdım. İndi isə qorxuram. Ona görə də pullarımı dəyişməyə gəldim” – deyə növbədə dayanan paytaxt sakinlərindən biri Zivər Sultanova virtualaz.org saytına bildirib.

Pulunu dəyişməyə gələn daha bir Bakı sakini Həsən Vəlixanov da dolların yenidən bahalaşacağı barədəki şayiələrə əsaslanaraq bu addımı atdığını deyir.

Polis əməkdaşları virtualaz.org saytının müxbirinə reportajı davam etdirməyə və növbəni kameraya çəkməyə imkan vermədilər.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın