Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda yataqxanada yaşayan qadının evindən 15 min manat oğurlandı

Bakıda yataqxanada yaşayan qadının evindən 15 min manat oğurlandı

Bakıda qadının evindən oğurluq olub.

Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olunaraq tutulublar. 

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …