Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda yaşayış binasında yanğın zamanı 7 nəfər xilas, 25 nəfər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın zamanı 7 nəfər xilas, 25 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Musavat.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonunda çoxrmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …