Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Bakıda yaşayış binasında yanğın: 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın: 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

***10:51

Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakupost.az bildirir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …