Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanları təhdid etdilər

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanları təhdid etdilər

Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc havanın soyuq olmasına baxmayaraq paltarlarını soyunaraq əllərindəki bıçaqla özlərinə xəsarət yetirməyə cəhd edib.

Musavat.com bildirir ki, həmin gənclər bıçaqla,  onları sakitləşdirmək istəyən ətrafdakı insanları təhdid ediblər.

Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, yaxınlaşacaqları təqdirdə hətta onlara da xəsarət yetirəcəklərini bildiriblər.

Bununla belə, polis hər iki xuliqanı saxlayıb və asayiş bərpa olunub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …