Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Kriminal / Bakıda yanğın – 1 yaşlı körpə öldü

Bakıda yanğın – 1 yaşlı körpə öldü

Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

Moderator.az-a FHN-dən verilən məkumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində …