Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda xəstəxanada vəfat etmiş naməlum kişinin yaxınları axtarılır

Bakıda xəstəxanada vəfat etmiş naməlum kişinin yaxınları axtarılır

Cari ilin sentyabr ayının 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir – boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …