Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda voleybolçu qadını öldürənə hökm oxundu- 18 il

Bakıda voleybolçu qadını öldürənə hökm oxundu- 18 il

Voleybolçu qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclasına hakim Fikrət Qəribov sədrlik edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən N.Vəkilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qadını boğaraq başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilov ittihamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxsin əvvəllər də məhkumluğu olub.

Hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu olub.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …