Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda valyutanın «qara bazar»ı yarandı – ALIŞ-SATIŞ QİYMƏTİ

Bakıda valyutanın «qara bazar»ı yarandı – ALIŞ-SATIŞ QİYMƏTİ

Azərbaycan bankları dollar satışını bərpa etməyiblər. Fins.az-ın məlumatına görə banklarda xarici valyuta satılmır, Bakının mərkəzindəki valyutadəyişmə məntəqələri isə ümumiyyətlə fəaliyyət göstərmir.

Dolları yalnız bir bank satır

Hələlik şəhərin mərkəzindəki bank ofislərindən yalnız «AzərTürkBank»ın filialında dollar satışının olacağı bildirilir. Buna görə də həmin filialın qarşısında böyük növbə yaranıb. Amma hələlik burada da dolların hansı məzənnə ilə satılacağı bilinmir. Üstəlik, bəzi məlumatlara görə, filialda valyuta satışında 500 dollarlıq limit qoyulacaq.

«Qara bazar» canlandı – 1,7 manatdan satılır

Banklar və valyutadəyişmə məntəqələrində valyutanın satılmaması «qara bazar»»ın formalaşmasına səbəb olub. Belə ki, elə Səməd Vurğun bağı ətrafındakı ərazilərdə dolaşan dollar alverçiləri vətəndaşlara dollar dəyişməyi təklif edirlər. Burada dolların alış qiyməti 1,6 manat satış qiyməti 1,7 manatdır. Qeyd edək ki, ötən gün bu ərazidə alverçilər dolları 1,85 manata satırdılar. Amma ərazidə banklardan birinin («AzərTürkBank»ın) dollar satacağı barədə məlumatlardan sonra onlar qiyməti 1,7 manata endiriblər.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın