Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Kriminal / Bakıda vəzifəli şəxs 49 milyonluq yeyintidən danışdı: – “190 manat maaş almışam”

Bakıda vəzifəli şəxs 49 milyonluq yeyintidən danışdı: – “190 manat maaş almışam”

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra nazir müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “İxtisaslaşdırılmış Dəmir Yolu” MMC-nin Yol Təsərrüfatı İdarəsinin rəis müavini Üsaməddin Məlikov dindirilib.

Vəzifəli şəxs ifadəsində bildirib ki, Rahib Hüseynovla bir yerdə işləyib: “6-7 il bundan qabaq Rahibin anası mənə zəng elədi. Dedilər Rahibi tutublar. “Banditizm” aparmışdı, getdim rəisə dedim, məlumat verdim. Rahiblə mənim aramda dostluq münasibətləri olub. 10 ildən artıqdır bir-birimizi tanıyırıq, yol yoldaşı olmuşuq. Rahib imkanlı adam olub. Bir yerdə olanda heç vaxt qoymayıb əlimizi cibimizə salaq. Aradan bir müddət keçdi, müstəntiq məni çağırdı. Suallar verdilər. Pul verib-vermədiyimi soruşdular. İkinci dəfə yenidən məni çağırdılar. İstintaqı bitirirdilər. Orda olanda Rahibi də çağırdılar, üzləşmə oldu, qol çəkdim”.

Şahid bildirib ki, Rahibə 2-3 dəfə pul verib: “Hardasa 50 min dollar vermişəm. Deyirdi atasının fermer təsərrüfatı var. İşləri genişləndirmək fikri vardı. Buna görə də ona pul verdim. Həm də Bakıda ticarət mərkəzi açmaq niyyəti vardı. Mən də ona yardım elədim”.

Vəkil bildirib ki, kitablarda Rahib Hüseynovun Üsaməddin Məlikovdan 3 milyon 700 min manat aldığı qeyd edilib.

Üsaməddin Məlikov isə deyib k, qeyd edilən məbləğ doğru deyil: “50 min dollar vermişəm. Lakin başqa məbləğ olmayıb. Ola bilər ki, Rahib başqa adamlardan aldığı pulları da məni adıma yazıb”.

Daha sonra prokurorun suallarını cavablandıran Üsaməddin Məlikov bildirib ki, həmin vaxtı Rahib Hüseynov 180 manata yaxın əməkhaqqı alıb: “Lakin Rahib çox imkanlı adam olub. Deyirdi ailə biznesi var. Həmin vaxtı mən də 190 manat əməkhaqqı almışam”.

Bundan sonra hakim Ü.Məlikova deyib ki, kitablarda onun 2012-ci ilin sentyabr ayında Rahibə verdiyi pulların qarşılığında 100 min dollara yazın faiz aldığı qeyd edilib: “Bunlar nə məsələdir? Oktyabrın 1-də 30 min dollar, həmin günün axşamı isə 9 min dollar almısınız. Həmin ayın ortalarında Rahibə 1 milyon 475 min dollar pul vermisiniz. Bir müddət sonra yenindən 1 milyon 200 min pul vermisiniz”.

Rahib Hüseynov isə deyib ki, kimdən pul alıbsa hamısını kitabda qeyd edib: “Pullar 10 faizlə qaytarılıb. Hər şeyi Elnar Əsgərovun tapşırığı ilə eləmişəm. Mənə pulu Elnarın özü verib. Hər pul haqq-hesabında mənə ayrıca pay verib”.

Üsaməddin Məlikov bildirib ki, yazılanlardan xəbəri yoxdu: “Mən bu məbləğdə pul verib-almamışam. Bunun ətrafında olan adamlar qohum əqrabalarıdır. Rahiblə sıx münasibətim olub. Qohumların hamısı məni tanıyırdı, ona görə də ağzı bağlı oğlan kimi tanınmışam. Yaxşı oğlan kimi tanınmışam”.

Hakim isə bildirib ki, ümumlikdə kitabda Rahibin Üsaməddinə 3 milyon 700 min manat pul verdiyi qeyd edilib: “Həmin pulun qarşılığında 5 milyon 800 min manat almısınız. Bu haqda nə deyə bilərsiniz?”

Üsaməddin Məlikov hakimin dediklərini inkar edib: “Belə pullar qazanmamışam. Mən dövlət işində çalışmışam. Aldığım əməkhaqqı ilə dolanmışam”.

Rahib Hüseynov bildirib ki, kitabda yazılan adların hamısı doğurdur: “Heç kimə qəsdi-qərəzliyim yoxdu. Mən tutulan günə qədər faiz vermişəm. Həmin kitabdan bir nüsxəsi Elnarda var. Mənim komüterimi alıb oradakı məlumatları sildilər”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, qayınatası Əvəz Qocayev də Üsaməddin Məlikova 175 min 800 manat faiz verib.

Üsaməddin Məlikov bunu xatırlamadığı qeyd edib: “Ağzım orucdur. Yalan danışmıram. Məndən pul istəyiblər, 50 min vermişəm. Başqa pullar mənə adiyyatı yoxdur. Əvvələr də bu kitablarla vağlı dindiriımişəm. Məbləğlərlə bağlı ifadə vermişəm. Lakin illər keçib xatırlamıram”.

Ü. Məlikov sonda yenə bildirib ki, kimlərinsə pulları onun adına yazılıb.

Rahib Hüseynov isə qeyd edib ki, hələ əsas məbləğ qaytarılmayıb: ” “Bandatol”də 49 milyon manatın qaytarılmaması araşdırıldı. Sonradan mənim içtirakımla İdarədə Elnarın adından ailəsi tərəfindən 29 milyon manat pul topalandı və borcululara qaytarıldı”.

Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Arif Əsgərovun digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 49 milyon manatlıq mənimsəmə işində hallanır.

Həmçinin oxuyun

13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı – Azərbaycanda

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü …