Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda usta maşını oğurlayıb ağlagəlməz üsula əl atdı (VİDEO)

Bakıda usta maşını oğurlayıb ağlagəlməz üsula əl atdı (VİDEO)

Bakıda usta təmir üçün ona təhvil verilənavtomobili oğurlayıb. Polis həmin şəxsi hadisədən 15 gündən sonra saxlayıb. Avtomobil sahibinin sözlərinə görə, usta maşının bir neçə detalını sökərək satıb.
Avtomobilini ustaya təmirə verən şəxsə 11 min manatdan çox zərər dəyib.
Hadisə şəhər sakini Çingiz Feyzullayevin başına gəlib. Zərərçəkmişin sözlərinə görə, “Mersedes” markalı avtomobilini bu ilin sentyabr ayının 28-də yaşadığı Nəsimi rayonu ərazisində əvvəldən tanıdığı Rövşən Şahnəzərov adlı ustaya təmirə verib. Usta görüləsi işin çox olduğunu deyərək avtomobilin təmir yerində qalmasını məsləhət görüb.
Avtomobilin usta tərəfindən qaçrıldığını görən Çingiz Feyzullayev əlacsız qalıb ”102” xidmətinə məlumat verib. Daha sonra o, 19-cu polis şöbəsinə gedərək əraziə ilə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri ilə hadisədən 15 gün sonra usta Rövşən Şahnəzərov qaçırdığı ”10-RP-764” dövlət nömrə nişanlı avtomobillə ”Şamaxinka” kimi tanına ərazidə polis tərəfindən saxlanılıb. Zərərçəkən iddia edir ki, usta avtomobilin bir neçə detalını sökərək satıb.
Hadisə ilə əlaqədar Nəsimi rayon polis idarəsindən verilən məlumata görə, Rövşən Şahnəzərov barəsində cinayət işi başlanıb, hətta məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri də seçilib, istintaq gedir. Zərərçəkmiş Çingiz Feyzullayev deyir ki, ona təxminən 11 min manat zərər dəyib.
Zərərçəkmiş Çingiz Feyzullayev onu da bildirdi ki, usta Rövşən Şahnəzərov tək ona yox, digər vətəndaşların da avtomobilini oğurlayaraq hissələrə bölüb satıb.


Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …