Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Kriminal / Bakıda uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

Bakıda uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

Yasamal rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın CM-nin 133.2.1 (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, bu il iyun ayının əvvəllərində Bakıda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülər ictimailəşdirildikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids Studio” uşaq bağçasında olub. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib. Araşdırma üçüb Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal RPİ 26-cı polis bölməsinə dəvət olunub.

Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, sonuncunun uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

İş üzrə hazırlıq iclası sentyabrın 11-nə təyin edilib.

Həmçinin oxuyun

12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb. Yaşar …